|
|
MİLLİ MEXANİZM NƏDİR?
|
Milli Mexanizm Azərbaycanda Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatlarının qorunub saxlanılması və səmərəli istifadəsi ilə məşğul olan ölkə institutları və ekspertlərinin internet şəbəkəsidir.
Onun əsas vəzifələri aşağıdakılardır:
şəbəkəyə daxil olmanı asanlaşdırmaq və ƏKTBGE üzrə məlumatların təhlili;
qərar çıxarma prosesinə kömək etmək; və
ƏKTBGE üzrə ölkənin tarixi yaddaşını qoruyub-saxlamaq;
FAO-nun maliyyə və texniki yardımı ilə qurulmuş bu Mexanizm ölkədə ƏKTBGE üzrə Qlobal Fəaliyyət Planının (QFP) həyata keçirilməsinin monitorinqi üçün vasitə rolunu oynayır.
Mexanizmin EHTİYATLARI
2006-cı ildə bu Mexanizmin yaradılmasına İdarəedici Komitə, on üç ölkə təşkilatı və 120-dən çox milli mütəxəssis, ekspert və fermer öz töhvələrini vermişlər.
ƏKTBGE-nin vəziyyəti barədə Ölkə Hesabatı bu proses vasitəsilə toplanmış informasiyalar əsasında hazırlanıb. Bu strateji qiymətləndirmə - 1996-cı ildən bu günə kimi əldə olunmuş nailiyyətləri və dəyişiklikləri diqqət mərkəzinə gətirərək, habelə Milli Proqram vasitasilə qarşıdan gələn illər üçün mövcud olan prioritet və ehtiyacları müəyyənləşdirməklə ƏKTBGE-nin qorunub-saxlanması və istifadə olunması üzrə hazırki vəziyyəti təsvir edir. O, Dünyanın ƏKTBGE-nin vəziyyəti barədə İkinci Hesabatın hazırlanmasına Azərbaycanın töhfəsi kimi
FAO-nun ƏKTBGE üzrə Komissiyasına təqdim ediləcək.
Məlumat Bazası ƏKTBGE-nın in situ və ex situ qorunub-saxlanılması, seleksiyası və toxum istehsalı üzrə Azərbaycan və İngilis dillərində informasiyaları əhatə edir. Buraya, həmçinin, ƏKTBGE ilə əlaqəli təşkilatlar, ekspertlər, çap materialları, qanunlar və layihələr, habelə becərilən sortlar daxildir. Məlumat Bazası BGE üzrə Dövlət Komissiyasına və ölkə təşkilatlarına strategiya və planların ilkin variantlarını tərtib etməkdə bir işçi alət kimi xidmət göstərir.
Bu Mexanizmdə kim və necə iştirak edə bilər?
Bütün Maraqlı Tərəflər, xüsusən də, ölkədə ərzaq və kənd təsərrüfatı bitki genetik ehtuyatlarının qorunub-saxlanılması və səmərəli istifadəsinə öz töhfəsini verən ictimai və ya özəl institutlar, təşkilatlar, idarələr Milli Əlaqələndirici və yaxud Mexanizmin Kuratoru ilə əlaqə saxlamaqla Mexanizmin tərkib hissəsi ola bilərlər.
|
| |
|