Ərzaq və Kənd Təsərrüfatı
Bitki Genetik Ehtiyatları üzrə
Milli Informasiya Mübadiləsi Mexanizmi

English version



ƏKTBGE-nin VƏZİYYƏTİ
I Hesabat (1995)
II Hesabat (2006)
Milli Mexanizmin Məlumat Bazası

YENİLİKLƏR
Beynəlxalq konfrans: İqlim dəyişikliyinə davamlılığa nail olmaq üçün bitki genetik müxtəlifliyinin öyrənilməsi və istifadəsiAMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı, 3-4 Oktyabr 2011.
Milli İnformasiya Mübadiləsi Mexanizminin qurulması ƏKTBGE üzrə ÖlkəHesabatının hazırlanması. Botanika İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı, 7 Dekabr 2006.
Təsvir

Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatlarının Mühafizəsi və Davamlı İstifadəsi üzrə Qlobal Fəaliyyət Planı 1996-cı ildə Leypsiqdə keçirilən Bitki Genetik Ehtiyatları üzrə Beynəlxalq Texniki Konfransda Azərbaycan da daxil olmaqla 150 ölkənin nümayəndələri tərəfindən rəsmən qəbul edilmişdir. Konfrans, həmçinin, əsas diqqəti dünya ərzaq təhlükəsizliyi üçün bitki genetik ehtiyatlarının vacibliyinə yönəldən Leypsiq Bəyannaməsini qəbul edərək ölkələrə Qlobal Fəaliyyət Planının həyata keçirilməsi üçün tapşırıqlar vermişdir.

Qlobal Fəaliyyət Planı (QFP) ərzaq və kənd təsərrüfatı sahəsində Bioloji Müxtəlifliyə dair Konvensiyanın həyata keçirilməsində öz mühüm yardımını göstərir və o, Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatlarına dair Beynəlxalq Müqaviləni dəstəkləyən amillərdən biridir. Planın əsas vəzifələri bunlardır: (I) ərzaq təhlükəsizliyinin əsası kimi, Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatlarının (ƏKTBGE) mühafizəsini təmin etmək, (II) daha sürətli inkişafa, aclıq və yoxsulluğu azaltmaq üçün ƏKTBGE-nin səmərəli istifadəsinə yardım etmək, (III) ƏKTBGE istifadəsindən əldə olunan faydaların düzgün və ədalətli bölüşdürülməsinə səy göstərmək, (IV) fəaliyyət üzrə prioritetləri müəyyən etməkdə ƏKTBGE-nin mühafizəsi və istifadəsinə cavabdeh olan ölkələrə və müəssisələrə yardım etmək və (V) təhsil və təlim də daxil olmaqla ƏKTBGE mühafizəsi və istifadəsi üzrə milli, regional və beynəlxalq proqramları gücləndirmək. Bu vəzifələri yerinə yetirmək üçün QFP-yə 4 qrupda təşkil olunmuş 20 prioritet fəaliyyət sahəsi daxil edilib: In Situ Mühafizə və İnkişaf, Ex Situ Saxlanma, Bitki Genetik Ehtiyatlarının İstifadəsi, Təşkilatlar və İmkanların Yaradılması.

Mexanizm milli səviyyədə Maraqlı Tərəflərin iştirakına əsaslanaraq informasiya mübadiləsinə yardım etməyə, maraqlı tərəfərin əməkdaşlığını gücləndirməyə və bununla da Bitki Rüşeym Plazmasının və Aqrobiomüxtəifliyin Mühafizəsi və İstifadəsi üzrə Milli Proqramın potensial imkanlarının artırılmasına öz töhfəsini verir. Mexanizm kompüter proqramı vasitəsi ilə ölkədə QFP-nın 20 fəaliyyət sahəsinin hər birinin həyata keçirilməsinin monitorinqi üzrə hesabat formatının beynəlxalq səviyyədə razılaşdırılmış göstəricilərinin siyahısı üzrə toplanmış informasiyaların idarə olunmasını təmin edir.

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu (AMEA GEI), ölkədə Mexanizmin qurulması üzrə Əlaqələndirici Təşkilat kimi fəaliyyət göstərir və 13 Maraqlı Tərəfi təmsil edən 120 mütəxəssisin iştirakına güvənir. (i) Maraqlı Tərəflərin 13-14 mart 2006-cı il tarixində, Bakıda, Botanika İnstitutunda keçirilən ilk iclasında mexanizmin yaradılması sahəsində nəzərdə tutulan fəaliyyətlər və Maraqlı Tərəflərin bu prosesdə iştiraki ilə bağlı anlaşma əldə edillmiş, öhdəliklər müəyyənləşdirilmiş və (ii) Maraqlı Tərəflərin 12-13 iyun 2006-cı il tarixində GEİ-da keçirilən ikinci Seminarında onların mütəxəssislərinə QFP-nin monitorinqi üçün kompüter proqramından istifadə qaydaları öyrədilmişdir. 2006-cı il 26-28 iyulda Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında Maraqlı Tərəflərin Yardımçı Seminarı keçirilmişdir. Maraqlı Tərəflərin iştirakı ilə toplanaraq Məlumat Bazasına daxil edilmiş informasiyaların təhlilindən bilavasitə sonra Azərbaycanda ƏKTBGE-nin vəziyyəti haqqında Strateji Qiymətləndirmə hazırlanmışdır. O, 7 Dekabr 2006-cı ildə Botanika İnstitutunda keçirilmiş Milli Seminarda Mexanizmin Məlumat Bazası və portalı ilə birlikdə təqdim edilərək yekunlaşdırılmışdır.

Bütün məlumatlar, yekun Ölkə Hesabati da daxil olmaqla, QFP-nin həyata keçirilməsi üzrə Milli İnformasiya Mübadiləsi Mexanizminə uyğun olaraq tərtib olunmuş bu Web səhifə vasitəsilə əldə edilə bilər. FAO-nun Dünya İnformasiya və Bitki Genetik Ehtiyatları (WIEWS) üzrə Erkən Xəbərdaretmə Sisteminin himayəsi ilə Azərbaycan da daxil olmaqla, digər ölkələrin Mexanizmi bir neçə dildə əldə edilə bilər. Mexanizmin kompüter proqramını və məlumat bazasını həmçinin CD-də əldə etmək mümkündür. 




MİLLİ LİNKLƏR

Azərbaycan və onun bitki genetik ehtiyatları haqqında səhifələr

Genetik Ehtiyatlar İnstitutunun web-saytı

Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondu
BEYNƏLXALQ LİNKLƏR

Qlobal Fəaliyyət Planı

ƏKTBGE üzrə Beynəlxalq Müqavilə

ƏKTBGE üzrə Ümumdünya Informasiya və Erkən Xəbərdaretmə Sistemi

Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Komissiya

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutu

Bioloji Müxtəliflik üzrə Konvensiya
 Ətraflı məlumat üçün müraciət edin:
Afiq Məmmədov
Genetik Ehtiyatlar İnstitutu
Azadlıq pr.155, AZ1106, Bakı, Azərbaycan
Tel.: +(+994 12) 449 92 21   
Faks: (+994 12) 449 92 21   
E-mail: afiq_memmedli@yahoo.com
Dr. Zeynal Əkpərov
Genetik Ehtiyatlar üzrə Mİlli Koordinator və Direktor
Genetik Ehtiyatlar İnstitutu
155, Azadlıq pr., AZ1106, Bakı, Azərbaycan
Tel.: (+994 12) 449 92 21   Fax: (+994 12) 449 92 21   
E-mail: akparov@yahoo.com